Amerika

ABŞ-nin keçmiş prezidenti, Respublikaçı Donald Tramp noyabrın 6-da rəqibi demokrat Kamala Harris üzərində qələbə qazanaraq növbəti dəfə ölkə rəhbəri postuna gəldi. Dünya dövlətləri seçkiləri diqqətlə izləyirdi. Çünki seçkilərin nəticəsi rəsmi Vaşinqtonun xarici siyasət kursuna təsirsiz ötüşməyəcək.  Bu konteksdən Türkiyənin xarici işlər naziri Hakan Fidanın “Yeni Şafak” qəzetinə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər xarakterikdir. O bildirib ki, prezident seçkilərindən sonra ABŞ Suriya və İraqdan çəkilə bilər. Maraqlıdır, bu nə qədər realdır?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Elşad Həsənov qeyd edib ki, Tramp seçkilərdən öncə və seçildiyi müddətdə də müharibələrin qarşısını alacağını qeyd edib və bu özlüyündə çox müsbət fikirdir:

"Trampın müharibəni dayandırması ilə bağlı söylədiyi fikirlər özü də böyük bir cəhd tələb edir. Belə ki, hazırda müharibə şəraitində müəyyən ziddiyyətlər mövcuddur və bu ziddiyyətlər Trampın atacağı addımları qarşı günlərdə müəyyənləşdirəcək. Eləcə də Baydenin hakimiyyəti dövründə Tramp, onu Amerika qoşunlarını Əfqanıstandan çıxardığına görə qınayırdı. Lakin bu özü də çarpaz bir fikir ortaya qoyur: Tramp həm müharibəyə qarşı çıxır, həm də Baydenin addımını qınayır. Bu baxımdan hesab etmək olar ki, Hakan Fidanın qeyd etdiyi ifadələr məhz bu yolda təsir edici qüvvəyə malikdir. Eləcə də Tramp bu tip fikirləri məhz öz məqsədləri naminə müvəqqəti şəkildə qeyd etdiyini də söyləyə bilərik".

Qeyd edək ki, daha əvvəl İraqın Baş naziri Məhəmməd əs-Sudani “Bloomberg” agentliyinə müsahibəsində bildirmişdi ki, artıq ölkədə ABŞ qoşunlarının qalmasına ehtiyac yoxdur və yaxın vaxtlarda onların çıxarılması qrafiki elan ediləcək.

Aytac Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il