COP29

Bu gün, 14 noyabr, COP29 çərçivəsində Maliyyə, İnvestisiya və Ticarət Günü (Climate FIT Day) qeyd olunur.

Trend-in məlumatına görə, bu gün Bakı Təşəbbüsü (BICFIT) çərçivəsində İqlim Maliyyəsi, İnvestisiya və Ticarət sahəsində yeni təşəbbüslərin təqdimatı baş tutacaq.

Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda başlayıb və noyabrın 22-dək davam edəcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı keçirilib. Bu tədbir Azərbaycanın təşkil etdiyi ən böyük beynəlxalq tədbirdir və regionda ilk dəfə ölkəmizdə təşkil olunur.

COP29 çərçivəsində noyabrın 12-13-də dünyanın ən yüksək səviyyəli tədbirlərindən biri - İqlim Fəaliyyəti üzrə dünya liderlərinin sammiti təşkil olunub. COP29-dan əsas gözlənti, iqlim maliyyəsi sahəsində ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) razılaşdırılmasıdır.

İqlim maliyyəsinin yaradılması, həmçinin 1,5°C öhdəliyinə töhfə verən fəaliyyətləri dəstəkləyən əsas prioritetlərdən biri olaraq qalır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası, 1992-ci ildə Rio-de-Janeyroda keçirilən Yer Sammitində imzalanmışdır və insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almağı hədəfləyir. İngilis dilində COP (Conference of the Parties) abbreviaturası "Tərəflərin Konfransı" deməkdir və bu orqan, Konvensiyanın icrasına nəzarət edən ən yüksək qanunverici strukturdur.

Hal-hazırda 198 ölkə bu konvensiyanın iştirakçısıdır. ÇNL hər il təşkil olunur, əgər Tərəflər başqa bir qərar qəbul etməzsə. İlk ÇNL 1995-ci ildə Berlində keçirilib və onun katibliyi Bonn şəhərində yerləşir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il