İqlim aktivistləri COP29-da qalıq yanacaqların istifadəsinə qarşı aksiya keçirirlər.
Crossmedia.az xəbər verir ki, “Mavi zona”da baş tutan nümayiş COP29-da iştirak edən iri sənaye çirkləndiricilərin lobbiçiliyinə qarşı yönəlib.
Aksiya iştirakçıları həmçinin ədalətli iqlim maliyyələşdirilməsinə çağırır və ətraf mühitin çirkləndirilməsinin dayandırılmasını tələb edirlər.