Noyabrın 9-dan 24-dək Bakıda COP29 iştirakçıları üçün avtobusdan istifadə pulsuzdur.
Crossmedia.az-ın xəbərinə görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Agentlik qeyd edib ki, bu tarixlərdə COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməklə ictimai nəqliyyatdan ödənişsiz istifadə edə biləcəklər.