Noyabrın 8-də COP29 Azərbaycan Əməliyyat Şirkətində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov media qurumlarının rəhbərləri və nümayəndələri ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, görüşdə görülmüş işlərlə bağlı məlumat verilib. Hazırlıq işlərinin yüz faiz tamamlandığını söyləyən Prezidentin köməkçisi qeyd edib ki, indiyədək COP29-da iştirak üçün 67 min nəfər qeydiyyatdan keçib.