“COP29 çərçivəsində Prezident İlham Əliyevin tapşırığı ilə mədəni proqramların təşkil olunması nəzərdə tutulub”.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov COP29-a hazırlıq işləri ilə tanışlıqla bağlı media nümayəndələri ilə görüşdə deyib.
“Noyabrın 11-i cənab Prezident İlham Əliyevin iştirakı ilə COP29-un açılış mərasimi olacaq. Xüsusən, Liderlər Sammitinin açılışında 40 dəqiqəlik mədəni proqram nümayiş ediləcək. Heydər Əliyev Mərkəzində və Gülüstan Sarayında müxtəlif tədbirlər təşkil olunacaq”, - deyə o əlavə edib.
Prezidentin köməkçisi bildirib ki, mavi və yaşıl zonalarda bir sıra heykəltəraş və rəssamların yaradıcılıq nümunələri də nümayiş ediləcək.