Çarpaz baxış

Ortaq Türk Əlifbasına keçid çox böyük tarixi hadisə olacaq.

Bu fikirləri Crossmedia.az-a açıqlamasında Milli Məclisin üzvü Fazil Mustafa deyib. Deputat bildirib ki, ortaq əlifba sonrakı dövrlərdə daha mütəşəkkil siyasətin keçirilməsinə vəsilə olacaq:

"Bu çox yaxşı bir təşəbbüsdür. Xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə toplantısında iştirakı, ölkəmizin türk birliyi üçün verdiyi töhfə əvəzolunmazdır. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın səsləndirdiyi ortaq əlifbaya keçid məsələsi ciddi bəyanatdır. Bu bəyanatı digər türk dövlətləri də dəstəkləyərək bunu etməyə başlasalar, çox böyük tarixi hadisə olacaq.  Nəşriyyat, kitab və eləcə də digər sahələrdə də birliyin təmin olunmasına gətirəcək. Dövlətlər arasında əlaqələri daha da inkişaf etdirəcək. Bu istiqamətdə bütün səylərimizi birləşdirməliyik ki, vahid əlifba məsələsində yekun mərhələyə nail olaq". 

Xatırladaq ki, Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Ortaq Türk Əlifbasının qəbul olunmasının Türk Dövlətlərinin  gələcəyə doğru birgə addımı kimi qiymətləndirib.

Azər MUSTAFAYEV

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il