CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: rəqəmsal arxitektura

10:45 19.11.2026

Kibertəhlükəsizlik – dövlətin fiziki təhlükəsizliyinin ayrılmaz hissəsidir

59

Müasir dünyada dövlətlərin təhlükəsizliyi artıq yalnız hərbi güc, sərhədlərin mühafizəsi və müdafiə sənayesinin imkanları ilə ölçülmür. Texnologiyaların sürətli inkişafı, rəqəmsal idarəetmə sistemlərinin genişlənməsi və informasiya mübadiləsinin qlobal xarakter alması təhlükəsizlik anlayışına da yeni məzmun qazandırıb. Bu gün dövlətlərin enerji infrastrukturu, maliyyə sistemi, rabitə şəbəkələri, nəqliyyat infrastrukturu və informasiya resursları kiberhücumların potensial hədəfinə çevrilib. Belə bir şəraitdə kibertəhlükəsizlik yalnız texnoloji məsələ deyil, milli təhlükəsizliyin, siyasi müstəqilliyin və dövlət suverenliyinin qorunmasının əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin “Kibertəhlükəsizlik hər bir ölkənin fiziki təhlükəsizliyidir. Azərbaycana qarşı kiberhücumlar təşkil edənlər cəzasız qalmamalıdır” fikri müasir təhlükəsizlik reallıqlarının mahiyyətini ifadə edir. Bu bəyanat Azərbaycanın rəqəmsal suverenliyinin qorunmasına, milli maraqlara qarşı yönəlmiş təhdidlərin qarşısının alınmasına və kiberməkanda təhlükəsizliyin təmin edilməsinə dair prinsipial mövqeyinin göstəricisidir. Dövlət başçısının bu yanaşması bir həqiqəti ortaya qoyur: rəqəmsal infrastruktura qarşı yönələn hücumlar müəyyən hallarda ölkənin fiziki təhlükəsizliyinə, iqtisadi sabitliyinə və idarəetmə sisteminə birbaşa təsir göstərə bilər.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər