CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: adambaşına maliyyələşdirmə

17:59 26.10.2026

Məktəblərin maliyyələşdirilməsində yeni qayda – RƏSMİ QƏRAR

51

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib. Crossmedia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir: Sıra №-si Ümumi təhsil müəssisələrinin növləri Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı (manatla) 1. Tam orta ümumtəhsil məktəbi 2000 2. Lisey 2200 3. Gimnaziya 2200 4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi 2500 5. İnternat tipli lisey 3000 6. İnternat tipli gimnaziya 3000 Qeyd. Bu Sənədə əsasən müəyyən edilmiş məbləğlər baza məbləğlər olub, onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları"na uyğun olaraq artım əmsalları tətbiq edilir. Xəbər yenilənir

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR