23:29 26.10.2026
Anasını qətlə yetirən şəxsə hökm oxundu
58
Abşeron rayonunda anası Gülbəs Həsənovanı yandıraraq öldürən 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənlinin məhkəmə prosesi başa çatıb.
Crossmedia.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) təqsirləndirilən A.Həsənli 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, anası 21 yaşlı gəncə Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində gecələr evə gəlməməsini, heç bir işlə məşğul olmamasını, avara həyat tərzi keçirməsini irad bildirib. Abdurrəhman isə valideyninin bu iradına cavab olaraq, həm anasını, həm də evi yandıracağını bildirib.