İqtisadiyyat

Azərbaycanda enerji səmərəliliyini və davamlılığını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın “Uniper” şirkəti tərəfindən 2016-cı ildə təsis edilən “SOCAR-Uniper” birgə müəssisəsi ötən müddətdə mühüm nailiyyətlər əldə edib.

Crossmedia.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib. Bildirilib ki, SOCAR-ın Sumqayıtdakı Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin modernləşdirilməsi sahəsində əməkdaşlıq məqsədilə yaradılan birgə müəssisə “Uniper” şirkətinin qabaqcıl enerji həllərindən istifadə etməklə təbii qaza əhəmiyyətli qənaət edilməsinə və emissiyaların azaldılmasına nail olur.

Belə ki, həyata keçirilən tədbirlər nəticəsində Buxar Generator Kompleksinin enerji istehsalı gücü 8-10 MVt-dan 65 MVt-a çatdırılıb, illik 3,1 milyon kubmetr təbii qaza qənaət olunması, illik 6,6 ton karbon qazı (CO2) və 7,8 ton NOx emissiyalarının, hər il atmosferə buraxılan 160.000 ton buxarın azaldılması təmin edilib. Həmçinin buxar qazanının gücü 450 ton/saata yüksələrək layihə gücü 93 faizə çatdırılıb, 68 faiz ümumi enerji səmərəliliyinə nail olunub.

Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsi istiqamətində atılmış önəmli addımlardan olan bu əməkdaşlıq hər iki şirkətin ekoloji məsuliyyətə və resursların optimallaşdırılmasına sadiqliyini əks etdirir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il