İqtisadiyyat

“Yaşıl” taksonomiya iqlim maliyyələşdirilməsini genişləndirmək üçün böyük imkanlar yaradacaq, kapitalı səmərəli şəkildə səfərbər edəcək və “yaşıl” iqtisadiyyata keçidi sürətləndirəcək.

Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AMB tərəfindən təşkil edilən “Dünyada dayanıqlı maliyyələşdirmənin təşviqi: dayanıqlı maliyyələşdirmə taksonomiyalarının uyğunluğu və müqayisəliliyi üzrə Yol Xəritəsi” mövzusunda panel müzakirəsində deyib.

“Milli səviyyədə yaşıl taksonomiya sahəsində əldə olunan irəliləyişi vurğulamaq istərdim. Biz artıq müxtəlif dövlət qurumlarının, maliyyə sənayesi assosiasiyalarının və beynəlxalq maliyyə təşkilatlarının aktiv iştirakı ilə “yaşıl” taksonomiyanı qəbul etmişik. Bu təşəbbüs iqlim maliyyələşdirilməsini genişləndirmək üçün böyük imkanlar açacaq, kapitalı səmərəli şəkildə səfərbər edəcək və “yaşıl” iqtisadiyyata keçidi sürətləndirəcək. Fürsətdən istifadə edərək taksonomiyanın hazırlanmasında texniki dəstəyə görə Dünya Bankına xüsusi təşəkkürümü bildirmək istəyirəm”, – deyə o bildirib.

Qeyd edək ki, dünən Azərbaycan Mərkəzi Bankı “yaşıl” taksonomiyanı təsdiqləyib.

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il