Noyabrın 6-na keçən gecə Bitcoin kriptovalyutasının dəyəri yeni tarixi maksimuma çataraq 75 min dollar olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Trampın prezident seçkilərində qalib gəlməsidir.
Məlumata görə, Tramp ABŞ-ni “kriptovalyuta mərkəzi” etmək niyyətindədir və Elon Maskı dövlət maliyyə israfına nəzarət üçün təyin etməyi planlaşdırır.
Mütəxəssislər Trampın iqtisadi planlarının bazarda dalğalanma yarada biləcəyini deyirlər. Tramp xüsusilə Çinlə ticarət tariflərini artırmağı hədəfləyir ki, bu da Asiyada narahatlıq yaradıb.
Elnurə Kərimova