Azərbaycanın bank sektoru COP29-da 2030-cu ilə qədər üzərinə götürdükləri maliyyə öhdəliklərini təqdim edəcək.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə bildirib.
"Azərbaycan Mərkəzi Bankı maliyyə sektoru ilə birlikdə 3 tədbir keçirəcək və bankların Azərbaycanda "Yaşıl" transformasiyanı maliyyələşdirmək üçün üzərinə götürdükləri maliyyə öhdəlikləri səsləndiriləcək.
İnanıram ki, bu, əhəmiyyətli bir hadisə olacaq, çünki bank sektoru 2030-cu ilə qədər yerinə yetirməyə hazır olduğu xüsusi maliyyə öhdəliklərini elan edəcək", - o deyib.