Azərbaycan və ABŞ arasında bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini müzakirə edilib.
Crossmedia.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir Mikayıl Cabbarov COP29 çərçivəsində ABŞ-nin Dövlət Katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattla görüş keçirib. Görüşdə ikitərəfli əməkdaşlığın prioritetləri, bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasının əhəmiyyəti, dayanıqlı biznes modellərinə investisiya axınının perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Ölkəmizin iqtisadi inkişaf modelinin emissiyaların azaldılması, iqlimə davamlılığın təmin edilməsi, aşağı karbonlu biznes strategiyalarına keçid kimi qlobal çağırışlara uğurlu adaptasiyası ilə bağlı prioritetlər nəzərdən keçirilib. Mərkəzi Asiya ölkələrindən Azərbaycandan keçməklə Avropaya yaşıl enerjinin ixracı layihəsi ilə bağlı məlumat verilib.
Tərəflər yaşıl enerji keçidində qlobal təchizatı sabitləşdirmək üçün beynəlxalq əməkdaşlığın təşviqi, ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, dayanıqlı biznes modellərinə investisiya axınının perspektivləri barədə öz fikirlərini bölüşüblər.