İran hakimiyyəti oktyabr ayında ABŞ-nin hazırkı administrasiyasını Trampa qarşı sui-qəsd planlaşdırmadıqları barədə məlumatlandırıb.
Crossmedia.az "Wall Street Journal"a istinadla xəbər verir ki, Tehran bu məlumatı yazılı şəkildə və gizlilik şəraitində təqdim edib. Məqsəd ABŞ-İran münasibətlərində, Yaxın Şərqdə gərginliyin artması fonunda eskalasiyanın qarşısını almaq olub.
Məlumatın hansı kanallar vasitəsilə çatdırıldığı açıqlanmır. Həmçinin İranın bu cavabının Tramp və onun komandasına təqdim edilib-edilmədiyi barədə məlumat verilmir.
İranın bu açıqlaması Vaşinqtonun sentyabr ayında verdiyi xəbərdarlıqlara cavab olaraq təqdim edilib.
Emil Bağızadə