Dünya xəbərləri

Ukrayna Rusiyanın tammiqyaslı hücumunun 1000-ci günü ilə əlaqədar işğala təslim olmayacağını bəyan edib.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi  işğalçıların heç vaxt məqsədinə çatmayacağı və Rusiyanın beynəlxalq hüququ pozduğuna görə cəzalandırılacağını bildirib.

Prezident Volodimir Zelenski Avropa Parlamentində videobağlantı vasitəsilə çıxış edərək Rusiyanın müharibəni davam etdirmək niyyətində olduğunu və sülh danışıqlarından imtina etdiyini vurğulayıb.

Sumı vilayətinə dron hücumu nəticəsində səkkiz nəfər, o cümlədən bir uşaq ölüb. Hluxiv şəhərində yaşayış binasına hücum zamanı 12 nəfər yaralanıb. Bu bina məktəb yataqxanası idi. Bazar günü isə Sumıda başqa bir hücum nəticəsində 89 nəfər həyatını itirib.

Kreml yeni nüvə doktrinasını təsdiq edərək, nüvə silahı olmayan dövlətin hücumu, əgər o, nüvə gücünə malik ölkə tərəfindən dəstəklənərsə, birgə hücum kimi qiymətləndirəcək. Rusiya öz suverenliyinə ciddi təhlükə zamanı nüvə silahından istifadə edə bilər.

Ukrayna hərbi komandanlığı bildirib ki, ölkə 1000 gündür çətin və amansız mübarizə aparır, lakin hər gecənin sonunda dan yeri sökülür.

Avropa İttifaqı və Böyük Britaniya Ukraynaya dəstəyini bir daha təsdiqləyib. ABŞ isə Ukraynaya uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verərək bu addımı tarazlığı bərpa etmək üçün atılan mühüm qərar adlandırıb.

Elnurə Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il