Türkiyənin İstanbul şəhərində Haydarpaşa limanında bir qrup gənc Almaniya bayrağı altında İsrailə yollanan "Kathrin" adlı ticarət gəmisini ələ keçirməyə çalışıb.
Crossmedia.az türk mətbuatına istinadla xəbər verir ki, əllərində Fələstin bayraqları tutan gənclər gəminin göyərtəsində İsrail üçün silah olduğunu iddia edib və gəmidən ayrılmayacaqlarını bildiriblər.
Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra bir neçə fəal saxlanılıb. Digər tərəfdən, Berlində insan hüquqları üzrə vəkillər məhkəməyə müraciət edərək, gəminin göyərtəsinə 150 ton partlayıcı maddənin yükləndiyini iddia edib və reysin təxirə salınmasını tələb ediblər.
Emil Nağızadə