Dünya xəbərləri

Türkiyə 2025-ci ildə Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlıq çərçivəsində beynəlxalq qaz mərkəzi qurmağı planlayır. 

Crossmedia.az Sputnik Qlobal-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraqdar məlumat verib.

O, həmçinin, qeyd edib:

“2025-ci ildən etibarən İstanbul Maliyyə Mərkəzində ticarət platformasının fəaliyyətə keçməsi üçün güclü  infrastruktur yaratmışıq”.

Nazir qaz qiymətlərinin İstanbul qaz indeksi altında müəyyənləşəcəyini də vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiyanın Kazan şəhərində keçirilən BRICS sammiti çərçivəsində görüşündə iki ölkənin qaz mərkəzinin yaradılması üzərində işlərini davam etdirdiklərini bildirib.

Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il