ABŞ prezidetnliyinə namizəd Donald Trampın seçkilərdə qalib gəlməsi ehtimalı 89% təşkil edir. Proqnoz əksər ştatlarda başa çatmış seçkilərin ilkin nəticələrinə əsaslanır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp qələbə üçün lazım olan 270 seçici səsindən 210-nu alıb, Kamala Harrisin isə hələ də 112 səsi var.
Qeyd edək ki, eyni zamanda seçkilər ABŞ Konqresinə də keçirilir. Respublikaçılar üstünlüklərini qoruyub saxlayırlar. Senatda onlar artıq 100 yerdən 48-ni, Nümayəndələr Palatasında 140 yer, Demokratlar üçün 92 yer alıblar.
Gültac Mehdizadə