Dünya xəbərləri

Rusiyanın nüvə doktrinasının yenilənməsi ilə bağlı xəbər dünya bazarlarını şoka salıb.

Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.  Yenilənmədən sonra ABŞ Xəzinədarlığının gəliri təxminən 7 baza bəndi azalıb. Yen dollara nisbətdə 0,8% bahalaşıb, frank isə avqust ayından bəri ilk dəfə  avro qarşısında rekord səviyyəyə yüksəlib.

Dövlət Dumasının maliyyə bazarı komitəsinin sədr müavini Oleq Şevçenkonun qeyd etdiyi kimi, aparıcı Qərb ölkələrinin mediada təxribatları və Rusiyaya qarşı davamlı təhdid oyunu heç bir uğura nail olmayacaq. Deputat əlavə edib ki, təbii ki, Rusiyanın nüvə doktrinasının yenilənməsi ilə bağlı xəbərlər dünya bazarlarına ciddi təsir edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib. Belə ki, hər hansı hərbi koalisiyaya daxil olan dövlətin Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüzü koalisiyanın ümumi hücumu kimi qəbul ediləcək. Rusiya və ya onun müttəfiqlərinə qarşı adi silahlarla edilən hücum zamanı suverenlik və ərazi bütövlüyü təhlükədə olduqda, Rusiya sərhədlərini qanadlı raketlər, pilotsuz uçuş aparatları və ya hərbi təyyarələrin genişmiqyaslı keçidi zamanı, birlik çərçivəsində Belarusa hücum zamanı nüvə cavabı mümkün ola bilər.

Sənəddə həmçinin qeyd olunur ki, Rusiya nüvə silahını yalnız son çarə olaraq, suverenliyinin və mövcudluğunun kritik təhlükə altına düşdüyü hallarda tətbiq etməyi nəzərdə tutur.

 

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il