Dünya xəbərləri

Ukrayna tərəfi iddia edir ki, Rusiya Həştərxandakı Kapustin Yar poliqonundan Ukraynanın Dneprdəki “Yujmaş” zavodunu hədəfə alaraq nüvə başlığı daşımayan ICBM (İntercontinental ballistic missile - Qitələrarası ballistik raket) raket atıb. Ukrayna mediası yazır ki, "Rusiyanın Dnepr çayını (Ukrayna) vurmaq üçün ilk dəfə qitələrarası ballistik raketdən istifadə etməsi Rusiyanın nüvə zərbəsi endirməsinin mümkünlüyünün nümayişidir".

Bu gecə endirilən zərbə ilə bağlı "Bloomberg" maraqlı xəbər yayımlayıb. Xəbərdə bildirilir ki, 2022-ci ilin fevralında münaqişə başlayandan bəri minlərlə kilometr uzaqlıqdakı hədəfləri vura bilən ICBM-dən ilk dəfədir ki istifadə olunur: "5000 kilometrdən çox mənzilə malik olan və ilk növbədə nüvə silahlarının çatdırılması üçün nəzərdə tutulan ICBM-nin buraxılması Kremlin nüvə imkanlarının açıq nümayişidir. Bu, Ukraynanın ABŞ-dan aldığı ATACMS raketləri və Britaniya istehsalı olan “Storm Shadow” silahlarından istifadə etməsindən sonra Kiyevin müttəfiqləri üçün həyəcan siqnalıdır.

 ICBM zərər vurmaq üçün bahalı bir yoldur. Bu ilin əvvəlində "Bloomberg News" xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri tərəfindən 1970-ci illərdəki Minuteman-ı əvəz etmək üçün hazırlanmış yeni Sentinel ICBM-in hər biri 162 milyon dollara başa gəlir.
Hərbi analitiklərin fikrincə, Rusiya NATO ölkələrinə qarşı istənilən növ nüvə silahının istifadəsini istisna edir. Amma ondan Ukraynaya qarşı istifadə etmək ehtimalı yüksəkdir".

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il