Dünya xəbərləri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsi çərçivəsində Braziliya Prezidenti Lula da Silva ilə görüşüb.

Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, görüşdə Türkiyə ilə Braziliya arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. 

Ərdoğan iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı üçün yüksək səviyyəli dialoqun vacib olduğunu bildirib. 

Həmçinin, o, Braziliyanın İsrailə qarşı mövqeyini təqdir edib və Türkiyənin BMT-də İsrailə silah satışını dayandırmaq üçün təşəbbüs göstərdiyini bildirib.

Qeyd edək ki, Ərdoğan BMT-nin Qəzza başda olmaqla münaqişələri həll etməkdə uğursuz olduğunu da vurğulayıb.

Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il