Noyabrın 10-dan 14-dək Almatıda Türk ölkələri Jurnalistlər Fondunun 10 illik yubileyinə həsr olunmuş Türk ölkələri Jurnalistlərin IV Beynəlxalq Media Forumu keçirilib.
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, Forumda Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, ŞKTC, Böyük Britaniya və Almaniyadan media nümayəndələri iştirak ediblər. İştirakçılar tədbirin təşkilinə görə fondun sədri Nazia Joyamergenə minnətdarlıqlarını bildiriblər.
Forumun əsas mövzusu beynəlxalq əməkdaşlığın formatı və parametrlərinin müəyyən edilməli olacağı vahid telekanal layihəsinin həyata keçirilməsinin müzakirəsi olub. Forumun xarici qonaqları arasında Özbəkistanın “Xalq Suzi” qəzetinin baş katibi Nurlan Usmanov, Avropa Media Holdinqinin rəhbəri Vatan Öz, “Öztürk” qəzetinin baş redaktoru Adnan Öztürk, o cümlədən Azərbaycandan da nümayəndələr olub.
Türk ölkələrinin KİV-ləri arasında gələcək strategiyaların və əməkdaşlığın müzakirəsi üçün mühüm platformaya çevrilən Forumda Türkiyənin Almatıdakı baş konsulu Evren Müderrisoğlu da iştirak edib.
Gültac Mehdizadə