"Rusiyanın Qara dənizdən uzaqlaşdırılması kollektiv Qərbin əsas məqsədidir".
Crossmedia.az TASS-a istinadən bildirir ki, bunu Nikolay Patruşev Krımda işgüzar səfərdə olarkən deyib.
O, həmçinin, qeyd edib ki, tarixən Rusiyanı Qara dənizdən uzaqlaşdırmaq, anqlo-saksların siyasətində mühüm yer tutur.
Patruşev ABŞ-nin rəhbərlik etdiyi kollektiv Qərbin bölgədə uzunmüddətli mövcudluq planları olduğunu və bu planların Rusiyanın qanuni maraqlarına ziyan vurduğunu da bildirib.
Qeyd edək ki, Patruşev gəmilərin perspektivli taktiki-texniki xüsusiyyətlərini müəyyən etməyin, həm də donanmanın döyüş gücünü formalaşdıran qüvvələrin balansını təmin etməyin vacib olduğunu vurğulayıb:
“Bu, Rusiyanın milli maraqlarını qorumağa, donanmanı daha universal etməyə və yerinə yetirilən tapşırıqların əhatə dairəsini genişləndirməyə kömək edəcək".
Nəzrin Salmanova