Dünya xəbərləri

Amerika mətbuatı xəbər verir ki, Tesla və SpaceX-in rəhbəri, həmçinin Donald Tramp administrasiyasında yer alacaq milyarder İlon Mask, İranın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəsi Əmir Səid ilə Nyu-Yorkda görüş keçirib.

"The New York Times" qəzetinə görə, tərəflər Tehran və Vaşinqton arasında gərginliyin azaldılması yollarını müzakirə ediblər. İran rəsmiləri Mask və Səid arasında keçirilən gizli görüşü "müsbət" və "yaxşı xəbər" kimi qiymətləndiriblər.

Bildirilib ki, görüş təşəbbüsü Maskdan gəlib, görüş yerini isə Səid seçib.

Xatırladaq ki, Donald Trampın əvvəlki prezidentliyi dövründə ABŞ İranla imzalanmış nüvə sazişindən çıxıb və bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq edib. Həmçinin, İran İnqilab Keşikçiləri Qüvvələrinin Qüds Qüvvələri Komandanı Qasım Süleymaninin öldürülməsi əmrini də Tramp verib. Bu hadisələrdən sonra Tehran Tramp administrasiyası ilə danışıqları qadağan etmişdi.

Lakin İranın islahatçı prezidenti Məsud Pəzəşkiyanın rəhbərliyi altında Tramp ilə razılığa gəlmək istəyənlərin olduğu bildirilir. Digər tərəfdən, federal prokurorlar İranın seçkidən əvvəl Trampı öldürməyi planlaşdırdığını da iddia ediblər.

Tramp isə Florida ştatındakı Mar-a-Lago iqamətgahında tərəfdarları ilə görüşündə Maskı işarə edərək zarafatla "Onu buradan çıxara bilmirəm." deyib və milyarderin son fəaliyyətlərindən razı qaldığını bildirib.

Sevinc Abuşova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il