Donald Trampın qələbəsi Avropa üçün yeni fürsətlər aça bilər.
Crossmedia.az xəbər verir ki, BILD qəzetinin şərhçisi Albert Link bu gün ABŞ-də keçirilən prezident seçkilərində Donald Trampın qələbəsinin Avropa üçün yeni imkanlar yarada biləcəyini yazıb.
Linkin fikrincə, əgər Tramp Kamala Harrisi məğlub edərsə, Avropa üçün yeni bir dövr başlayacaq: "Bəzi alman siyasətçilərinin və ekspertlərinin fikrincə, Trampın qələbəsi ilə 'dünyanın sonu' gələcək, amma bunlar həddindən artıq proqnozlar və ilk prezidentlik dövrü bunun nə qədər səhv olduğunu göstərdi. Trampın qələbəsi Avropaya yeni fürsətlər təqdim edə bilər: qoca qitə Vaşinqtonun arxasında gizlənməkdənsə, daha açıq şəkildə öz mövqeyini müdafiə etməyə məcbur olacaq", - deyə o qeyd edib.
Emil Bağızadə