Dünya xəbərləri

Kreml və Qərb arasında kəskin eskalasiya və Ukraynanın ABŞ-nin uzaqmənzilli raketləri ilə Rusiya ərazisinə ilk zərbələri Moskva birjasında səhmlərin, dövlət istiqrazlarının və rubl məzənnəsinin sərt şəkildə düşməsinə səbəb olub.

Crossmedia.az “The Moscow Times"- a əsasən bildirir ki, çərşənbə axşamı keçirilmiş hərrac sessiyasının nəticələrinə əsasən, Rusiyanın ən iri 50 şirkətinin səhmlərini əhatə edən Moskva Birjası indeksi 3,32 % enərək 2630,5 bəndə düşüb. Bu çöküş son iki ilin ən böyüyü olub ki, bu indeks kapitalizasiyasının 179 milyard rubl azalması deməkdir.

Səhmlərin dollar dəyərini izləyən RTS indeksi isə kapitalizasiyada təxminən 2 milyard dollar və ya 3,43 % itirib. Hərracın bağlanışında 828,38 bənd səviyyəsində olan indeks, müharibənin ilk günündən (24 fevral 2022-ci il) bəri ən aşağı səviyyəyə çatıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il