İsrail Tramp Ağ Evə qayıtmazdan əvvəl İranın yəhudi dövlətinə qarşı tədbir görəcəyindən qorxur.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazır.
Bildirilir ki, İsrail kəşfiyyatı və müdafiə rəsmiləri Tehranın ABŞ-ın yeni seçilmiş prezidenti Trampın andiçmə mərasimindən əvvəl İsrailə qarşı hərəkətə keçə biləcəyi ehtimalını istisna etmir.
Bununla bağlı İsrail kəşfiyyat orqanları intensiv kəşfiyyat məlumat mübadiləsinə və ABŞ hərbçiləri ilə vəziyyətin qiymətləndirilməsinə başlayıb.
O da qeyd olunur ki, “İran İraq, Yəmən, Suriya və Livanda da öz mövqelərini gücləndirməyə cəhd edə bilər ki, bura qabaqcıl silahların ötürülməsi və bu ölkələrdə sadiq qüvvələrə dəstək səyləri də daxil ola bilər”.