"Iron Beam" kompleksləri bir il ərzində İsrailin Hava Hücumundan Müdafiə ( HHM) şəbəkəsinə inteqrasiya olunacaq.
"Iron Beam" Dəmir Günbəz HHM sisteminin batareyaları ilə birlikdə İsrailin hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi fəaliyyət göstərəcək.
İsrail Müdafiə Nazirliyinin məlumatına görə, lazer silahları ilə ənənəvi HHM sistemlərinin birləşməsi idarə olunmayan və idarə olunan raketlərə, PUA-lara, qanadlı raketlərə və digər hava təhdidlərinə qarşı mübarizədə effektiv çoxqatlı sistem yaradacaq.
"Iron Beam"im əsas silahı 100 kVt lazerdir. Sistem özü hədəfin forması və növünə görə enerji atılımını tənzimləyə bilir.
Üç il əvvəl İsrailin cənubunda onun imkanlarını təsdiqləyən sınaqlar keçirildi. Bundan sonra sistem inkişaf və real döyüş şəraitinə uyğunlaşma mərhələsinə daxil olub.
Dəmir günbəz silahı olan “Tamir” raketdən müdafiə sisteminin qiyməti təxminən 100 min dollardır, lakin lazer silahlarından istifadə edərək buraxılan enerjinin dəyəri ona atılan raketin dəyəri eyni və ya daha aşağıdır.