Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı ilə fransalı həmkarı Jan-Noel Barro arasında telefon danışığı baş tutub.
Crossmedia.az bildirir ki, bu barədə Abbas Əraqçının “Telegram” kanalı xəbər verir.
Məlumata görə, tərəflər söhbət zamanı nüvə danışıqları və regional proseslərlə bağlı son hadisələri müzakirə ediblər. Əraqçı Avropa ölkələrinin, xüsusilə Fransanın İrana qarşı yeni sanksiyalarla bağlı addımlarını tənqid edərək, onları “əsassız və təxribatçı” adlandırıb.
İran XİN başçısı Almaniya, Fransa və Britaniyanın bu qətnaməni MAQATE-nin Rəhbərlər Şurasının iclasında təqdim etmək qərarını pisləyib və deyib ki, bu addım Tehranın Agentliklə əlaqələrində yaradılmış müsbət atmosferə ziddir.