Dünya xəbərləri

İsrail ordusu İranın son 20 ildə HƏMAS-a etdiyi maliyyə yardımlarına dair sənədləri əldə etdiyini açıqlayıb

Crossmedia.az “Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, sənədlər İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyat, eləcə də müharibə zamanı əsir düşən HƏMAS döyüşçülərinin dindirilməsi zamanı İsrail ordusu və təhlükəsizlik orqanlarının əlinə keçib.

Məlumata görə, sənədlər göstərir ki, İran hökuməti HƏMAS-ın hərbi fəaliyyətinə dəstək verməklə yanaşı, digər terror təşkilatlarını da himayə edib. O da məlum olur ki, HƏMAS-ın 2023-cü il oktyabrın 7-dəki hücumuna hazırlıq prosesində İranın əli olub. İran hökumətinin 2019-cu ildə HƏMAS-ın Qəzzadakı hərbi qanadına ən azı 42 milyon dollar, 2020-ci ildə isə 12 milyon dollardan çox pul ödədiyi də ortaya çıxıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il