Dünya xəbərləri

İranın ali rəhbəri Əli Xameneyinin müşaviri Əli Laricani Beyruta səfəri zamanı Tehranın Livan hökuməti və Hizbullahın qərarlarını tam dəstəklədiyini açıqlayıb. 

Crossmedia.az Reuters-ə istinadən xəbər verir ki, İran İsrailin Hizbullaha zərbələrindən sonra mövqeyini dəyişib və atəşkəslə razılaşıb. 

Məlumata görə, ABŞ-nin Livandakı səfiri İsrail-Hizbullah müharibəsinə son qoyulması ilə bağlı saziş layihəsini Livan parlamentinin sədri Nəbih Berriyə təqdim edib, ancaq bu məsələ rəsmi orqanlar tərəfindən nə təsdiq, nə də təkzib edilib. Eyni zamanda, Əli Laricani İranın ABŞ-nin atəşkəs planına qarşı çıxma ehtimalını dolayısı ilə rədd edərək bildirib ki, “Tehran Livan xalqını və hökumətini hər şəraitdə dəstəkləyir və problemlərin həlli üçün Livan hökuməti ilə məsləhətləşmələr olub”. 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il