Ermənistanda İranın İrəvandakı səfirinin iştirakı ilə “Fars ədəbiyyatı” kitabının sərgisi keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyinin “Telegram” kanalı məlumat yayıb.
Dünən İrəvanda “Avetik İsahakyan” adlı mərkəzdə “Fars ədəbiyyatı” kitabının sərgisi keçirilib. Sərgiyə İranın İrəvandakı səfiri Mehdi Sübhani və mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhed də qatılıb.
Məlumata görə, kitabda 1500-cü ildən bəri 114 İran şairi və mütəfəkkirinin müqəddiməsi və onların bəzi əsərləri yer alır. Mehdi Sübhani çıxışında bildirib ki, "mədəni qarşılıqlı əlaqələr İran və Ermənistan arasında münasibətlərin ən dərin və ən sabit hissəsidir və dostluq əlaqələri yaradan da bu əlaqələrdir".
Qeyd olunub ki, sərgidə mərkəzin rəhbəri Hasmik Karapetyan İran səfirinin iştirakını yüksək qiymətləndirib.