Ermənistan hökuməti Qarabağ separatçıları haqqında filmin Oskar nominasiyasına mane olub.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, erməni rejissor Harut Sasunyanın sözlərinə görə, Qarabağ separatçılarından bəhs edən “1489” filmi Paşinyanın göstərişi ilə Ermənistan Milli Kino Akademiyası tərəfindən bloklanıb.
“1489” filminin əvəzinə rejissor Edqar Baqdasaryanın “Yaşa və Leonid Brejnev” tragikomediyası Oskar mükafatına namizəd olacaq.
Bundan əvvəl İordaniya Azərbaycanın etirazından sonra erməni rejissor Sarin Ayrapetyanın erməni separatçılarından bəhs edən “Mənim şirin torpağım” filmini “Oskar”dan geri çəkib.