Dünya xəbərləri

 Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq bildirib ki, Rusiya ilə Ukrayna arasında münaqişə danışıqlar yolu ilə həll edilməlidir.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, humanitar vəziyyətin pisləşməkdə davam etdiyini, beynəlxalq ictimaiyyətin diqqətinin getdikcə daha çox münaqişənin sülh yolu ilə həllinə yönəldiyini vurğulayıb.

“Hərbi üsullar davamlı sülhə gətirib çıxarmır və bütün münaqişələr son nəticədə danışıqlar masası arxasında bitir”,-deyə o, qeyd edib. Onun sözlərinə görə, tərəfləri siyasi iradə nümayiş etdirməyə və sülh danışıqlarına başlamağa, hərbi əməliyyatları dayandırmağa və atəşkəs bərqərar etməyə çağırıb.

Qeyd edək ki, o, hər zaman bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörməti, habelə böhranların sülh yolu ilə həlli səylərini dəstəkləyən Çinin mövqeyinin ardıcıllığını vurğulayıb. Çin sülhə nail olmaq üçün konstruktiv rol oynamağa davam etməyə hazırdır.

Gültac Mehdizadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il