Çərşənbə günü (13 noyabr) Əfqanıstanda həyata keçirilən açıq edam BMT-nin qınağına səbəb olub.
Crossmedia.az xarici KİV-ə əsasən xəbər verir ki, BMT-nin Əfqanıstandakı insan haqları üzrə xüsusi məruzəçisi Riçard Bennet edamı insan hüquqlarının pozulması adlandırıb və bu cür təcrübələrə dərhal son qoyulmasını tələb edib. BMT-nin Əfqanıstandakı Missiyası hökumətə ölüm cəzalarını dayandırmaq və beynəlxalq öhdəliklərə riayət etmək çağırışı edib.
Qeyd edək ki, 2021-ci ildə Talibanın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstanda açıq edamlar və digər cəza növləri bərpa edilib və bu, beynəlxalq narahatlıqları artırır. BMT həmçinin qadınların hüquqlarının pisləşməsini, o cümlədən təhsil və işləmək məhdudiyyətlərini diqqətə çatdırıb.
Gültac Mehdizadə