Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Gürcüstan hakimiyyətinə qarşı sanksiyalarla bağlı razılığa gələ bilməyiblər.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Macarıstan və Slovakiya hökumət rəsmilərinə qarşı sanksiyalara qarşıdır, Bolqarıstan və İtaliya da şübhələrini bildirir. Almaniya Avropa İttifaqının Gürcüstanla vizasız rejimi dayandırmasının əleyhinədir.
Xatırladaq ki, Aİ Gürcüstanda keçirilən parlament seçkilərində araşdırılmalı olan pozuntuları iddia edir, həmçinin “xarici agentlər” və ailə dəyərlərinə dair qanunların ləğvini tələb edir.
10:44
Avropa İttifaqı ( Aİ) tezliklə ölkədəki vəziyyəti öyrənmək üçün Gürcüstana “siyasi missiya” göndərəcək.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borrell məlumat verib.
Onun sözlərinə görə, Avropanın xarici işlər nazirləri 120 milyon avroluq yardımı Gürcüstan hökumətindən birbaşa “vətəndaş cəmiyyətinə” yönləndirməyə razılaşıblar.