ABŞ Ukraynanın Rusiyaya ATACMS hücumundan sonra Kiyevdəki səfirliyini bağlayıb.
Crossmedia.az "Euronews"a istinadla xəbər verir ki, Kiyevə indiyə kimi görünməyən zərbələr endiriləcəyi gözlənilir. Rusiyanın hansı raketlərdən istifadə edəcəyi qeyri-müəyyəndir. Lakin ABŞ 2022-ci ildən sonra ilk dəfə səfirliyini bağlayır".
Ümumiyyətlə ABŞ səfirliyi müharibə başlayandan bəri ilk dəfə qeyri-adi bir həyəcan xəbərdarlığı yayımlayıb. ABȘ səfirliyinin yaydığı məlumatda bildirilir: "Bu gün Ukraynaya güclü raket zərbəsi endirilə bilər, biz bununla bağlı konkret məlumatlar əldə etmişik. Təhlükəsizliyə görə səfirlik bağlanacaq. Səfirlik ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal qaçmağa hazırlaşmağı tövsiyə edir".
Rusiyanın Kiyevə gözlənilən kütləvi hava hücumuna görə ABŞ-dan sonra İspaniya, İtaliya və Yunanıstan, Qazaxstan da səfirliklərini bağlayıb.
Xarici mənbələr, yaxın saatlarda Bőyük Britaniyanįn da analoji addım ataraq, səfirliyin bağlanacağını bildirirlər.
Həmçinin, Almaniya hökümətinin isə hazırda öz diplomatik korpusunun təhlükəsizliyi üçün Ukrayna ilə danışıqlar apardığı barədə məlumatlar yayılıb. Rusiya zərbələri fonunda səfirliyin Lvova köçürülməsi ehtimalları da daxil müzakirə edilir.
Ukrayna mediası isə Kiyev vaxtı ilə 14:30-dan sonra - bütün mövcud raketlər, 300-dən çox dron, donanma aviasiya, ballistik buraxılış sistemləri ilə Kiyevə böyük hücum gözlənildiyini iddia edib. Medianin yazdığına gőrə,
qazpaylayıcı stansiyalar və enerji mərkəzləri hədəf alınacaq və bu səbəbdən küçələri dərhal tərk etmək və sığınacaqlara yerləşməklə bağlı çağırış edilir.
Rus mediasında yayılan son xəbərə gőrə isə, "Rusiya ərazisinə ilk raket zərbələrindən sonra Kreml, nəhayət, Ukrayna Atom Elektrik Stansiyalarının transformator yarımstansiyalarına zərbə endirmək barədə razılığa gəlib ki, bu da ölkənin enerji sistemini tamamilə dayandırmalıdır".
Bildirilir ki, Vladimir Putin Ukraynaya ən ağır zərbələr endirilməsi haqqında əmr verib. Putin dünən keçirdiyi müşavirədə Ukraynanın bütün enerji sektorunu məhv etməyi əmr edib.
Eyni zamanda ehtimal edilir ki, Rusiya rəhbərliyi Qərbin son addımına cavab olaraq ilk öncə nüvə başlığı olmayan, lakin daşıya bilən raketlərlə zərbələr endirəcək. Bu raketlər ehtimal edilir ki, buna qədər istifadə edilməmiş raketlər ola bilər. Kreml bununla Qərbə nə qədər ciddi olduğunu göstərmək niyyətindədir.
Yaşanan gərginliklə bağlı Reuters informasiya agentliyi də maraqlı məlumat paylaşıb. Məlumatda bildirilir ki, Kremlə yaxın Rusiya rəsmilərinin bildirdiyinə görə, Rusiya prezidenti Putin ABŞ-ın yeni seçilmiş prezidenti Trampla Ukrayna ilə bağlı atəşkəs danışıqlarına hazırdır: "Putin tutduqları torpaqların çoxundan imtina etmək istəmir. O, həm də Kiyevin NATO-ya üzv olmaq istəyindən əl çəkməsini istəyir. Rusiya yalnız Mikolayiv və Xarkov vilayətlərindəki çox kiçik ərazilərdən çəkilməyə hazırdır.
Moskva həmçinin Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərində sərhədlərin dəqiq necə formalaşacağı barədə danışmağa hazırdır. Amma bu ərazilərin qaytarılmasından söhbət gedə bilməz.
Rusiya NATO-nun Ukrayna ərazisində hərbi mövcudluğunu və ya Ukraynanın NATO-ya üzv olmasını istəmir; Bununla belə, Ukraynaya təhlükəsizlik zəmanətləri müzakirə edilə bilər.
Moskva administrasiyası həm də Ukrayna ordusundakı əsgərlərin sayını məhdudlaşdırmaq istəyir.
Krımın gələcəyi heç bir şəkildə müzakirə mövzusu olmamalıdır”.