COP29

COP tarixində ilk dəfə olaraq turizm tədbirini gündəminə daxil edib.

Crossmedia.az Trend-ə istinadla xəbər verir ki, bunu Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev COP29 çərçivəsində keçirilən Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə deyib.

O bildirib ki, qlobal turistlərin sayı artmaqda davam edir. Bu səbəbdən təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər.

"Bu gün biz bir yol ayrıcındayıq. Turizm sektoru ya biznesin adi gedişatını davam etdirə bilər, ya da aşağı karbonlu və bərpaedici gələcəyə keçidi təmin edə bilər. Biz inanırıq ki, turizm həllin bir hissəsi ola bilər. COP29 çərçivəsində qəbul ediləcək “Turizmdə Genişləndirilmiş İqlim Fəaliyyəti Bəyannaməsi” turizmin qlobal iqlim strategiyalarına inteqrasiyası üçün aydın yol xəritəsini müəyyən edəcək”,- deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il