"Masdar" həyata keçirdiyi layihələrlə təkcə Azərbaycanı Avropaya bağlamır, həm də Azərbaycan vasitəsilə Asiyanı Avropaya bağlayır.
Crossmedia.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin yerli nümayəndəliyinin rəhbəri Murad Sadıxov COP29 çərçivəsində təşkil olunmuş "2030-cu ilə qədər bərpa olunan enerji üzrə qoyuluş gücünün üçqat artırılması: Mərkəzi Asiyada bərpa olunan enerjidən istifadənin sürətləndirilməsi üçün praktiki işlərin görülməsi" adlı Mərkəzi Asiya üzrə Regional Seminarda bildirib.
"Deməli Azərbaycan əsas rol oynayır, bütün region üçün "yaşıl enerji" qovşağına çevrilməyə başlayır. Bu, kreditorların və investorların Azərbaycana olan inamını nümayiş etdirir", - deyə o qeyd edib.