COP29

Böyük Britaniya və ABŞ COP29 çərçivəsində sənayenin karbon emissiyalarını azaltmaq və enerji təhlükəsizliyini gücləndirmək üçün qabaqcıl nüvə texnologiyalarının tətbiqini sürətləndirmək məqsədilə birgə əməkdaşlığa başlayıb. Bakıda keçirilən iqlim danışıqları zamanı Böyük Britaniyanın enerji naziri Ed Milibend və ABŞ-ın enerji katibinin müavini David Turk nüvə reaktorları üzrə çoxtərəfli tədqiqat sazişi imzalayıblar.

Bu saziş dünya üzrə aparıcı akademik institutlar və nüvə texnologiyaları üzrə innovatorlar da daxil olmaqla, milyardlarla funt-sterlinq dəyərində nüvə tədqiqat və inkişaf resurslarını bir araya gətirəcək. Məqsəd qabaqcıl nüvə texnologiyaları haqqında məlumat mübadiləsini dəstəkləmək və bu texnologiyaların 2030-cu ilədək sənayedə tətbiqini təmin etməkdir. Qabaqcıl modul reaktorlar kimi yeni texnologiyalar aviasiya yanacağı, hidrogen və ya polad istehsalı kimi ağır sənayeni karbon emissiyalarından azad etmək üçün aşağıkarbonlu istilik və enerji təmin edə bilər. Bu reaktorlar kiçikölçülü olub zavodlarda istehsal oluna bilər ki, bu da onların tikinti prosesini daha sürətli və sərfəli edir.

Yeni saziş 2025-ci il martın 1-dən qüvvəyə minəcək və həmçinin Kanada, Fransa, Yaponiya, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Çin, İsveçrə və Avstraliya tərəfindən imzalanacağı gözlənilir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il