Hörmüz boğazında kritik addım - İran və Oman razılığa gəldi
İran və Oman Hörmüz boğazı vasitəsilə gəmiçilik marşrutu üzrə razılığa gəlib.
Crossmedia.az xarici ˝Sputnik Armenia˝-ya istinadən xəbər verir.
Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. Onun sözlərinə görə, bəzi məsələlər hələ də müzakirə olunur.
Daha əvvəl Səudiyyə Ərəbistanının “Al-Hadath” telekanalı İran və Oman arasında Hörmüz boğazının gəmiçilik üçün tam açılması ilə bağlı razılaşmanın əldə edildiyini yazmışdı.
Telekanalın məlumatına görə, razılaşma İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir. Bildirilir ki, sazişlə bağlı rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
12:51 16.08.2026
Oxunuş sayı: 40