Belqorodda avtobusa zərbə - Ölən və yaralananlar var
Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətində müəssisə işçilərini daşıyan avtobusa zərbə endirdiyi bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində bir qadın həyatını itirib, daha 9 nəfər yaralanıb.
Bildirilib ki, hücum zamanı avtobusda müəssisə əməkdaşları olub. Yaralılara tibbi yardım göstərildiyi qeyd edilir.
Hadisənin digər detalları barədə əlavə məlumat verilməyib.
12:00 16.08.2026
Oxunuş sayı: 47