"Neftçi" klubu Ramazan Qarayevi transfer edib
"Neftçi" basketbol klubu Ramazan Qarayevi heyətinə qatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
19 yaşlı basketbolçu ilə müqavilənin müddəti 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, 202 sm boya malik mərkəz oyunçusunun son klubu NTD olub.
11:50 16.08.2026
Oxunuş sayı: 43