Qolovin “Liverpul”a qol vurdu, “Monako” qalib gəldi
Rusiyalı futbolçu Aleksandr Qolovin “Monako”nun heyətində “Liverpul”a qarşı keçirdiyi yoldaşlıq oyununda qol vuraraq komandasının 3:2 hesablı qələbəsinə töhfə verib.
Crossmedia.az xəbər verir ki, “Monako” səfərdə “Liverpul”u 3:2 hesabı ilə məğlub edib. Görüşün 44-cü dəqiqəsində hesab 2:0 “Liverpul”un xeyrinə olduğu vaxt Qolovin özünün qazandığı penaltini dəqiq yerinə yetirib və komandasının geridönüş qələbəsinin əsasını qoyub.
30 yaşlı rusiyalı yarımmüdafiəçi 2018-ci ildən “Monako”nun formasını geyinir.
Qolovin ötən mövsüm Fransa Liqa 1-də 25 oyunda iştirak edib. O, bu matçlarda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
22:16 09.08.2026
Oxunuş sayı: 43