Kapıdağ Yarımadasında yol kənarları zibilliyə çevrilib
Türkiyənin Balıkesir vilayətinin Erdek rayonunda təbii gözəllikləri ilə yerli və xarici turistlərin diqqətini çəkən Kapıdağ Yarımadasında yol kənarlarına atılan tullantılar ətraf mühitin çirklənməsinə səbəb olur.
Crossmedia.az CNN Türk-ə istinadən xəbər verir ki, Yarımadanın müxtəlif ərazilərində yol kənarlarına tikinti tullantıları, məişət zibilləri, köhnə döşəklər, mebel hissələri, plastik və strafor materiallar, eləcə də istifadə olunmuş avtomobil şinlərinin atıldığı müşahidə edilib.
Vətəndaşlar ərazidəki tullantıların təmizlənməsini və oxşar çirklənmənin təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsini tələb edirlər.
19:11 09.08.2026
Oxunuş sayı: 39