Hövsanın su təchizatında fasilə yaranıb
Bakının Surxanı rayonunun Hövsan qəsəbəsinin bəzi ərazilərinin içməli su təchizatında gün ərzində müvəqqəti fasilə yaranıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.
Bildirilib ki, bu Suraxanı rayonundan keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlıdır.
16:45 09.08.2026
Oxunuş sayı: 40