Fransa və Niderland əsarət altındakı xalqların hüquqlarını kobud şəkildə pozurlar
9 avqust - Beynəlxalq Yerli Xalqlar Günü yalnız Yerli Xalqların mədəniyyət və irsini qeyd edən tarix deyil, həm də müstəmləkəçiliyin yaratdığı tarixi ədalətsizlikləri və onun bu gün də davam edən ağır nəticələrini xatırladan mühüm gündür.
Crossmedia.az xəbər verir ki, Fransa və Niderland kimi müstəmləkəçi dövlətlər əsrlər boyu əsarət altında saxladıqları yerli xalqların fundamental hüquqlarını, mədəni və dil kimliklərini bu gün də sistemli şəkildə tapdalamaqda, öz müqəddəratını təyin etmək tələblərini görməzdən gəlməkdə, əhalini zorakı assimilyasiya siyasətinə məruz qoymaqda, sahib olduqları ərazilərin təbii sərvətlərini istismar etməkdə və torpaqlarını mənimsəməkdə davam etməkdədirlər.
Avropanın coğrafi məkanında yerləşməsinə baxmayaraq, Korsika xalqı rəsmi Paris tərəfindən hücumlara məruz qalır, yerli Korsika dili sıxışdırılır, müstəqillik tələb edən partiyalara və hərəkatlara qarşı "terror təhlükəsi" adı altında silahlı hücumlar təşkil olunur.
Fransanın uzunmüddətli müstəmləkəçilik siyasəti Ma ohi Nui (Fransız Polineziyası) ilə birlikdə BMT-nin dekolonizasiya olunmalı ərazilər siyahısında yer alan Kanakinin (Yeni Kaledoniya) əsrlər boyu sahibi olmuş kanak xalqının siyasi, sosial və iqtisadi hüquqlarının məhdudlaşdırılmasına, onların tarixi torpaqlarında sıxışdırılmasına və torpaq üzərində nəzarət imkanlarının əhəmiyyətli dərəcədə zəiflədilməsinə səbəb olub. Paris uzun illər materik Fransadan planlı şəkildə əhalinin adaya köçürülməsinə və yerli kanakları azlıqda qalmasına şərait yaradan demoqrafik siyasət həyata keçirir, kanak xalqının bu siyasətə qarşı qanuni etirazları isə Fransa tərəfindən silahlı müdaxilə ilə qarşılanır.
13:27 09.08.2026
Oxunuş sayı: 46