Rusiya höküməti Wildberries böhranına müdaxilə etməyə hazırlaşır
Rusiya hökuməti Wildberries marketpleysinə dövlət dəstəyi göstərilməsi ilə bağlı təklifləri araşdırır.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinin dövlət katibi, nazir müavini Roman Çekușov bildirib.
Səbəb şirkətin anbarlarına edilən pilotsuz uçuş aparatları hücumlarıdır.
Onun sözlərinə görə, yaranmış vəziyyət unikaldır və dəstək məsələsi hazırda hökumətin müzakirəsindədir.
Çekușov qeyd edib ki, Wildberries dron hücumları nəticəsində yaranmış fəsadların aradan qaldırılması ilə kifayət qədər uğurlu şəkildə məşğul olur.
Nazir müavini bildirib ki, Sənaye və Ticarət Nazirliyi həmçinin marketpleysdə fəaliyyət göstərən satıcıların (sellerlərin) dəstəklənməsi ilə bağlı təklifləri də öyrənir.
21:39 07.08.2026
Oxunuş sayı: 48